9 avqust və 16 avqust 2022-ci il tarixlərində Bakı Fond Birjası (BFB) Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (The UN Sustainable Stock Exchange Initiative - “UNSSE”) ilə tərəfdaşlıq çərçivəsində İqlimlə bağlı Maliyyə Açıqlamaları üzrə İşçi Qrupu (Task Force on Climate-related Financial Disclosures - TCFD) ilə təşkil olunmuş görüşdə iştirak etmişdir. Görüşdə həmçinin Beynəlxalq Maliyyə Korporasiyası (International Finance Corporation) və Carbon Disclosure Project (CDP) iştirak etmişdir.
TCFD əsas məqsədi Kapital bazarı iştirakçılarına iqlim dəyişkənliyinin maliyyə bazarlarına təsirləri barəsində yüksək keyfiyyətli təlimlə təmin etməkdir. TCFD BFB ilə birgə görüş təşkil edərək emitentlərini, Birja üzvlərini və digər əsas maraqlı tərəflərini məlumatla ödənişsiz olaraq təmin etmiş, bununla yanaşı, TCFD görüşdə iqlimlə bağlı hesabatın nə olduğunu və bunun nə üçün vacib olduğunu bildirmişdir. İşçi qrupu həmçinin iştirakçılara qlobal və regional kontekstlə məlumat vermiş və TCFD tövsiyələrini necə həll etmək üçün ilkin addımlara diqqət yetirmişdir.
Qeyd edək ki, Bakı Fond Birjası 31 mart 2020-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupuna (The UN Sustainable Stock Exchange Initiative - “UNSSE”) üzv olaraq qəbul olunmuşdur. 2009-cu ildə əsası qoyulmuş Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!