Müəllif - Fərid İslamov - Banco.az
ABŞ-ın neft-xidmət şirkəti Baker Hughes Co. bu il üçün ticarət rüsumlarının şirkətə mənfi təsirini 100 milyon dollardan çox qiymətləndirir.
“Bu artan təzyiqdir, lakin onunla mübarizə aparmaq lazımdır”, – şirkətin baş icraçı direktoru Lorenzo Simonelli bazar ertəsi Londonda keçirilən Energy Intelligence Forum-da bildirib.
ABŞ hakimiyyətinin təşəbbüsü ilə başlayan ticarət müharibəsi ilə bağlı itkilərin məbləği Baker Hughes-un bu ilin aprel ayında elan etdiyi proqnoz diapazonuna uyğundur.
Baker Hughes sürətlə data mərkəzlərinin xidmət istiqamətində inkişaf edir. Simonelli-nin sözlərinə görə, şirkət qaz turbinalarını bu sektorun nümayəndələrinə fəal şəkildə satır.
İlin ilk yarısında şirkət təxminən 100 NovaLT turbinası satıb, bunların 70%-i data mərkəzlərinə yönəldilib.
Bazar ertəsi ticarət zamanı Baker Hughes-un səhmləri 0,9% bahalaşır. Cari ilin əvvəlindən bu səhm qiymətləri 11% artıb.
