Bağlanmış 4 bankın əmanətçilərinə 5 mln. manat kompensasiya ödənilib | Banco.az

Bağlanmış 4 bankın əmanətçilərinə 5 mln. manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

"Report" ADİF-yə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 2 273 767 manat, “Zaminbank”ın əmanətçilərinə 1 847 792 manat, “Kredobank”ın əmanətçilərinə 397 928 manat, “Dekabank”ın əmanətçilərinə isə 440 355 manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 4 959 842 manat ödəniş edilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.