Bağlanmış 10 bankın əmanətçilərinə 681 mln. manat kompensasiya ödənilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bağlanmış 10 bankın əmanətçilərinə 681 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 680,76 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,756 mln. manat, “Zaminbank” ASC - 52,242 mln. manat, “Kredobank” ASC - 26,925 mln. manat, “Dekabank” ASC - 3,016 mln. manat, “Atrabank” ASC - 14,179 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,88 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,117 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC - 120 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 394,613 mln. manat kompensasiya alıblar. 

Mənbə: Report.az

Bizi facebook səhifəmizdən də izləyin