Azərbaycanın yeganə təkrar sığorta şirkəti "AzRE" ölkənin sığorta bazarına yeni təkrarsığorta məhsulu təklif edib. Bundan sonra Azərbaycanın sığorta şirkətləri "AzRE" şirkəti vasitəsilə peşəkar məsuliyyət sığortası ilə bağlı risklərini yerləşdirə biləcəklər. Bu barədə "AzRE"nin sədr müavini Vüsal Abbasov bildirib. Onun sözlərinə görə, şirkət peşəkar məsuliyyətin sığortası ilə bağlı təkrarsığorta təminatı təqdim etməyə hazırdır: "Təəssüf ki, sığorta şirkətləri peşəkar məsuliyyətin sığortasını edə bilmirlər. Ona görə ki, təminat tapmaq çətindir. Bizim şirkət "Everest Re" şirkətindən 2 milyon manatlıq obliqator proqram alıb. Bununla, biz sığorta şirkətlərinə bu məsuliyyətin sığortalanmasını təmin etmələrinə imkan yaradırıq". Bu proqram demək olar ki, bütün peşələr üzrə riskləri əhatə edir.
Mənbə: fins.az