“Azərsu”ya məxsus şirkətin nizamnamə kapitalı artırılıb | Banco.az

“Azərsu”ya məxsus şirkətin nizamnamə kapitalı artırılıb

“Azərsu” ASC-yə məxsus “Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı 2 142 720 manat və yaxud 2,6% artırılıb.

Şirkətin kapitalı 81 319 840 manatdan 83 462 560 manata çatdırılıb.

Xatırladaq ki, “Birləşmiş Sukanal” ölkə prezidentinin 11 iyun 2004-cü il tarixli sərəncamına uyğun olaraq, ölkənin 59 şəhər və rayonuna aid qəsəbə və kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə nəzarəti gücləndirmək, onların istismarı və idarə edilməsi məqsədi ilə yaradılıb. Şirkət təxminən 1 000 yaşayış məntəqəsində 340 mindən çox əhali və 10 mindən çox qeyri-əhali abunəçisinə xidmət göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

Report

Ən sərfəli krediti almaq üçün müraciət et