Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) sentyabrın 27-dən Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən Müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə ödəniş etməyə başlayıb.
Bu barədə şirkətdən məlumat verilib.
“Həyatını itirmiş və xəsarət almış hərbi qulluqçularla bağlı artıq “Azərsığorta”ya müraciətlər daxil olur və təmin edilir”, - maliyyə qurumunun rəhbər şəxslərindən biri bildirib.
Xatırladaq ki, hərbi qulluqçular 11 min manat məbləğində sığortalanır.
Bizi sosial şəbəkələrdən izləyin!!