“Azəriqaz”ın baş direktoru: Təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər | Banco.az

“Azəriqaz”ın baş direktoru: Təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər

Məcburi köçkünlərin üzləşdiyi təbii qaz problemi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin fikirlərini öyrənmək istədik. O, qısa açıqlama verərək məsələyə aydınlıq gətirdi.

Onunla əməkdaş arasında olan qısa dialoqu olduğu kimi təqdim edir:

- Salam Əkbər müəllim.

- Salam.

- Unikal.org saytından narahat edirik.

- Başa düşmürsünüz ki, mən mətbuata danışmıram?...

Ən sərfəli kredit üçün müraciət et

- Bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılacaq? Planda varmı?

- Məcburi köçkünlər təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər. Biz özbaşımıza qaz çəkmirik.

- Qazı “Qaçqınkom” çəkməlidir?

- Bəli, sifarişçi onlardır.

Əkbər Hacıyev digər sualımızı dinləmədən telefonu söndürdü.

Mənbə: Unikal.org

Ən sərfəli krediti almaq üçün müraciət et