Azərbaycanlılar mayda Türkiyədə 66 mənzil alıblar | Banco.az

Azərbaycanlılar mayda Türkiyədə 66 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2026-cı ilin may ayında Türkiyədə 66 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 5-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə may ayında xaricilərə mənzil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24% azalaraq 1 387 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 268 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (125 mənzil), üçüncü isə Ukrayna (88 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram