Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 8%-dən çox artıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 8%-dən çox artıb

Bu il yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 820,2 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.

Bu ilin ilk 5 ayında xarici ticarət 7,427 milyard ABŞ dolları ixracın, 4,393 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,5 % çox, idxal isə 5,5 % artıb.

Son nəticədə xarici ticarətdə 3,034 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 8,1 % çoxdur.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram