Azərbaycanın xarici ticarət dövriyyəsinin 33%-i İtaliyanın payına düşüb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin 33%-i İtaliyanın payına düşüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın 2023-cü ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 19 602,3 milyon ABŞ dolları təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, ölkənin xarici  ticarət dövriyyəsinin 33,1 faizi İtaliya, 15,6 faizi Türkiyə, 7,8 faizi Rusiya, 4,6 faizi Çin, 3,4 faizi Almaniya, hər biri 3,1 faiz olmaqla Hindistan və Yunanıstan, 3,0 faizi İspaniya, 2,8 faizi İsrail, 1,8 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Gürcüstan, Türkmənistan və Rumıniya, 1,5 faizi Fransa, 1,2 faizi İrlandiya, 0,9 faizi İran, hər biri 0,8 faiz olmaqla Qazaxıstan, ABŞ və Avstriya, 10,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram