“Azərbaycanın Türkiyə ilə əməkdaşlığında ticarət sahəsinin inkişaf etdirilməsi mühümdür” | Banco.az

“Azərbaycanın Türkiyə ilə əməkdaşlığında ticarət sahəsinin inkişaf etdirilməsi mühümdür”

“Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 30% artaraq 2,7 milyard ABŞ dollarına çatıb”.

Bunu Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən, iki ölkə arasında eyni standartların tətbiqi ilə bağlı tədbirdə azərbaycanlı nazir müavini Niyazi Səfərov deyib.

Ən sərfəli kredit üçün müraciət et

“Türkiyə Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında münasibətlər inkişaf edib, investisiyaların təşviqi sahəsində mühüm işlər görülüb. Əməkdaşlıqda ticarət sahəsinin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir”, - deyə o, qeyd edib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et