2024-cü ildə Azərbaycandan 33 milyon 626 min ABŞ dolları dəyərində 2 milyard 138 milyon ədəd siqaret ixrac edilib.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, siqaret ixracı 2023-cü illə müqayisədə dəyər ifadəsində 2.4 dəfə və ya 19 milyon 341 min ABŞ dolları, həcm ifadəsində isə 88.5% və ya 1 milyard 3 milyon ədəd artıb.
Hesabat dövründə ölkədə siqaret və siqar istehsalı 16 milyard 75 milyon ədəd təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycana Türkiyə ( 56.6 mln. ədəd) , Bolqarıstan ( 15.4 mln. ədəd) və Çindən ( 1.82 mln. ədəd) 1 milyon 355 min ABŞ dolları dəyərində 74 milyon ədəd siqaret idxal edilib
Qeyd edək ki, 2024-cü ildə ümumi siqaret ixracının 84%-i (1.8 milyard ədədi) Gürcüstanın payına düşüb.
Aşağıdakı cədvəldə Azərbaycanın siqaret ixrac etdiyi ölkələrin siyahısı verilib:
Ölkələr | Say. Milyon ədəd | İxrac dəyəri. Min ABŞ dolları |
Gürcüstan | 1799,67 | 30692,4 |
Rusiya | 96,38 | 913,05 |
Qırğızıstan | 83,54 | 823,66 |
Oman | 72,77 | 465,73 |
İraq | 43,65 | 346,08 |
Çin | 16,5 | 153,75 |
Birləşmiş Ərəb Əmirlikləri | 10 | 85 |
Qazaxıstan | 7,97 | 43,84 |
Digər ölkələr | 7,56 | 102,61 |
apa