Azərbaycanın qızıl ixracından gəlirləri 2 dəfədən çox azalıb | Banco.az

Azərbaycanın qızıl ixracından gəlirləri 2 dəfədən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan 6.8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 8.5 milyon dollar və ya 55.6% (2.25 dəfə) azdır.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2023-cü ilin eyni dövründə qızıl ixracının ümumi dəyəri 15.3 milyon dollara bərabər olub. 

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 162.8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et