Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb | Banco.az

Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 38 milyard 165 milyon manatlıq əməliyyat aparılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.

Bu göstəricinin 6 milyard manatlıq hissəsi ilkin bazarda, 32 milyard 158 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 61 040 əqd bağlanılıb. Bu da illik müqayisədə 6,3 dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et