Azərbaycanın neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi kəskin artıb | Banco.az

Azərbaycanın neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın neft-qaz sektoruna 952,6 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

    Məlumata görə, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 51,4% artıb.

    Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 339,6 mln. manat həcmində vəsait yönəldilib. 2024-cü ilin göstəricisi ilə müqayisədə hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,3% azalıb.