Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanır | Banco.az

Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanır

Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanır.

Bu barədə Dünya Bankının icra etdiyi Azərbaycan Çevik Texniki Yardım Aləti AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin monitorinq və hesabatlılıq şöbəsinin müdiri İlham Salmanov deyib.

    O bildirib ki, strategiyanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hazırlayır, rəy və təkliflərin əldə olunması üçün dövlət qurumlarına göndərilib. “Strategiyanın formalaşdırılması zamanı bütün dövlət qurumlarının maraqları nəzərə alınır, hazırda strategiya üzərində təkmilləşdirilmələr aparılır”- İ.Salmanov əlavə edib.

    apa

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et