Bu gün Azərbaycan kapital bazarında çalışan 505 nəfərin 223-ü və yaxud 44 %-i qadınlardır.
Bunu "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin icraçı direktoru Murad Yəhyayev bildirib.
Onun sözlərinə görə, bunun da 20 %-i rəhbər vəzifələrdə çalışır: "Bu, çox təqdirəlayiq haldır. Belə mühüm və riskli sektorda qadınlara inam böyükdür. Assosiasiya olaraq bundan sonra da qadınların kapital bazarında iştirakını artırılması üşün layihələr həyata keçirəcəyik. Biz çalışırıq ki, kapital bazarında qadınların iştirakı üçün daha geniş istiqamətlər olsun".
report