Azərbaycanın iqtisadiyyat nazirinin I müavini vəzifəsinə təyinat olub.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, nazir müavini Rövşən Nəcəf I müavin təyin edilib.
Bununla yanaşı, daha bir müavin təyinat alıb kı, bu vəzifə də nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Sahib Məmmədova həvalə olunub. O, bu günə qədər həm də Dövlət Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!