Azərbaycanın Fransaya ixracı 57 dəfə artıb | Banco.az

Azərbaycanın Fransaya ixracı 57 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Fransanın ticarət dövriyyəsi 417 milyon 719 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd edilib.

Hesabat ayları ərzində Azərbaycana Fransadan 290 milyon 972 min dollar dəyərində mal idxal edilib. Bu isə illik müqayisədə 2,6 dəfə artım deməkdir.

Azərbaycanın bu ölkəyə ixracı isə ötən ilin birinci yarısı ilə müqayisədə 57,5 dəfə artaraq 126,7 milyon dollar çatıb.

Qeyd edək ki, ilk 6 ayda Fransanın Azərbaycanın ümumi idxalındakı payı 3,55%, ixracındakı payı isə 0,71% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram