Azərbaycanın Fransadan idxalı artıb | Banco.az

Azərbaycanın Fransadan idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Fransanın ticarət dövriyyəsi 444 milyon 169 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 266 milyon 333 min dollar və ya 2,5 dəfə çoxdur. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd edilib.

Hesabat ayları ərzində Azərbaycana Fransadan 316 milyon 903 min dollar dəyərində mal idxal edilib. Bu isə illik müqayisədə 2,4 dəfə artım deməkdir.

Azərbaycanın bu ölkəyə ixracı isə ötən ilin ilk 7 ayı ilə müqayisədə 2,7 dəfə artaraq 127,3 milyon dollar çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ilk 7 ayda Fransanın Azərbaycanın ümumi idxalındakı payı 3,32%, ixracındakı payı isə 0,61% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et