2016-cı ilin l yarısı ərzində Azərbaycanın qiymətli kağızlar bazarında yeni ticarət sistemi fəaliyyət göstərəcək. Yeni sistem ölkənin fond bazarında yeni hüquqi çərçivəninin fəaliyyətini təmin edəcək.
Banco.az "Trend"ə istinadən xəbər verir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) aparat rəhbəri Bəxtiyar Əzizov KİV üçün Açıq qapı günü çərçivəsində bildirib ki, gələn il Koreya Fond Birjasının tətbiq etdiyi yeni sistemin sınaqdan keçirilməsinə başlanılacaq.
O qeyd edib: "Təxminən mart-aprel aylarında sınaq işlərini yekunlaşdıracağıq, bundan sonra sistem qəbul ediləcək".