Azərbaycanın fond bazarında daha bir investisiya şirkəti yaradılıb | Banco.az

Azərbaycanın fond bazarında daha bir investisiya şirkəti yaradılıb

Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçısı "Xalq Kapital" MMC özünün "Xalq Kapital Investisiya Şirkəti" MMC-yə çevrildiyini elan edib. Bu barədə Trend "Vergilər" qəzetinə istinadən məlumat verir.

"Xalq Kapital Investisiya Şirkəti"ndən Trend-ə deyiblər ki, hazırda investisiya xidmətlərinin göstərilməsi ilə bağlı hazırlıq gedir: "İlkin mərhələdə iki fəaliyyət növünü həyata keçirməyi planlaşdırırıq: müştərilərdən sifarişlərin qəbulu və onların reallaşdırılması, eləcə də qiymətli kağızların yerləşdirilməsi və anderraytinq üzrə fəaliyyət. Yaxın vaxtlarda müvafiq lisenziyaların alınması üçün müraciət edəcəyik".

Ən sərfəli kredit üçün müraciət et