Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar ayında Azərbaycan 7.8 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 21 milyon dollar və ya 72.9% azdır.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2024-cü ilin ilk ayında elektrik enerjisi ixracının ümumi dəyəri 28.8 milyon dollara bərabər olub.
Qeyd edək ki, ötən ay ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21.1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (21 milyon ABŞ dolları) ikinci, xurma (19.3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!