Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098,5 min nəfər pensiyaçı qeydiyyatda olub.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Məlumata görə, onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Bu dövrdə pensiyaçıların sayı Bakı şəhəri üzrə 385505 nəfər olub.
İqtisadi rayonlar üzrə pensiyaçıların sayı isə belə olub:
İqtisadi rayonlar |
Pensiyaçıların sayı (nəfər) |
Naxçıvan Muxtar Respublikası |
46581 |
Abşeron-Xızı iqtisadi rayonu |
56115 |
Dağlıq Şirvan iqtisadi rayonu |
31011 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
59779 |
Qarabağ iqtisadi rayonu |
63143 |
Qazax-Tovuz iqtisadi rayonu |
65561 |
Quba-Xaçmaz iqtisadi rayonu |
48212 |
Lənkəran-Astara iqtisadi rayonu |
86063 |
Mərkəzi Aran iqtisadi rayonu |
71813 |
Mil-Muğan iqtisadi rayonu |
47560 |
Şəki-Zaqatala iqtisadi rayonu |
65442 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
26557 |
Şirvan-Salyan iqtisadi rayonu |
45189 |
Bizi sosial şəbəkələrdən izləyin!!