Azərbaycanın bank sektoru bu ilin yanvar-iyun ayları ərzində 371,7 mln. manat həcmində xalis mənfəət əldə edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% azdır. İlin əvvəli müqayisədə isə bank sektorunun xalis mənfəəti 33% artıb.
Banklar bu müddətdə 954,7 mln. manat həcmində faiz gəlirləri (758,5 mln. manat kreditlər üzrə faizlər), 319,5 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!