Azərbaycanın bank sektoru 2018-ci ili 279,4 milyon manat xalis mənfəətlə başa vurub.
Bu, 2017-ci ilə nisbətən 68,4% və yaxud 3,2 dəfə azdır.
İl ərzində sektorun faiz gəlirləri 1 753 milyon manat, faiz xərcləri 581,9 milyon manat, qeyri-faiz gəlirləri 549,1 milyon manat, qeyri-faiz xərcləri 1 025,6 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 345,4 milyon manat, digər gəlirləri 2,5 milyon manat, mənfəət vergisi ödəmələri isə 72,3 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə bankların aktivləri 29 504,4 milyon manat olub ki, bu da illik müqayisədə 5,7% çoxdur. Bunun 11 149,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 13,1% böyüyüb.
Hesabat dövründə bankların öhdəlikləri 5% artaraq 24 530,6 milyon manata çatıb. Bunun 18 581,2 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə sektorun depozit portfeli 10% böyüyüb. O cümlədən fiziki şəxslərin depozitləri 9,6% artaraq 8 269,7 milyon manata, hüquqi şəxslərin depozitləri isə 10,3% artaraq 10 311,5 milyon manata çatıb.
Maliyyə qurumları Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərini isə 24,2% azaldaraq 384,7 milyon manata endirib.
İl ərzində sektorun balans kapitalı isə 9,8% artaraq 4 071,8 milyon manat təşkil edib.
Renkinq.az