Azərbaycanın bank sektorunun xalis mənfəəti 27% artıb | Banco.az

Azərbaycanın bank sektorunun xalis mənfəəti 27% artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 248,1 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4 % çoxdur.

4 ay ərzində bankların əməliyyat gəlirləri 1 142,6 milyon manat (1 il əvvələ nisbətən 27,1% çox), əməliyyat xərcləri 739,8 milyon manat (26,5% çox), xüsusi ehtiyatlara ayırmaları 97,6 milyon manat (28,1% çox), gözlənilməz xərcləri 0,1 milyon manat (1 il əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 57,1 milyon manat (31,6% çox) təşkil edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et