Azərbaycanın bank sektorunun builki xalis mənfəəti artıb | Banco.az

Azərbaycanın bank sektorunun builki xalis mənfəəti artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarını 103,8 mln. manat xalis mənfəətlə başa vurub.

Bu, yanvar-iyul aylarının yekunu ilə müqayisədə 71,6 mln. manat və yaxud 3,2 dəfə çoxdur. 

8 ay ərzində bank sektorunun faiz gəlirləri 1 138,4 mln. manat, faiz xərcləri 394,1 mln. manat, qeyri-faiz gəlirləri 347,8 mln. manat, qeyri-faiz xərcləri isə 651,2 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 441 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Banklar bunun 316,4 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar, digər mənbələrdən 0,7 mln. manat gəlir əldə ediblər, 21,5 mln. manat mənfəət vergisi ödəyiblər. 

Report.az