"Azərbaycanın bank sektorunda yüksək texnologiyalar geniş tətbiq olunur" | Banco.az

"Azərbaycanın bank sektorunda yüksək texnologiyalar geniş tətbiq olunur"

Azərbaycanın bank sektorunda yüksək texnologiyalar geniş tətbiq olunur və kibertəhlükəsizliyin təmin olunması üçün tədbirlər keçirilir.

Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ikinci beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində deyib.

O bildirib ki, bu gün banklar qarşısında dayanan əsas hədəf müştəri xidmətlərinin maya dəyərinin azaldılmasıdır:

Ən sərfəli kredit üçün müraciət et

“Hazırda bank sektorunun iştirakçıları tərəfindən müxtəlif texnologiyaların tətbiqi üzrə cəhdlər göstərilir. Amma beynəlxalq qanunvericiliyin təsirini nəzərə alsaq, bu istiqamətdə müəyyən problemlər var. Hesab edirik ki, yeni strategiyaların hazırlanması prosesində hüquqi çərçivələr nəzərə alınmalıdır, biz bu problemin həllində dövlət strukturlarının dəstəyini gözləyirik”.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et