Azərbaycanın bank sektoru üzrə proqnoz “müsbət”ə dəyişdi | Banco.az

Azərbaycanın bank sektoru üzrə proqnoz “müsbət”ə dəyişdi

“Moody`s” Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sistemi üzrə proqnozu “stabil”dən “müsbət”ə dəyişib.

Agentliyin mütəxəssislərinin rəyinə əsasən, davam edən iqtisadi artım və dövlət tərəfindən ev təsərrüfatlarına görünməmiş dəstəyi Azərbaycanın bank sisteminə verilən “müsbət” proqnoza təsir edən əsas amillərdir.

“Biz enerji daşıyıcılarına dünya qiymətlərinin əlverişli olması, ixracın artması və iqtisadiyyat strukturunda qeyri-neft sektorunun payının artırılmasını nəzərə alaraq, 2019-2020-ci illərdə Azərbaycanda iqtisadi artım templərinin 3%-dək sürətlənəcəyini gözləyirik. Hökumət tərəfindən həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının inkişafına müsbət təsir etməlidir. Buna baxmayaraq, iqtisadiyyat neftin qiymətinin dəyişməsinə nisbətən zəif olaraq qalır”, - agentliyin Azərbaycanın bank sistemi ilə bağlı icmalında qeyd olunur. 

Ən sərfəli kredit üçün müraciət et

© İnterfax- Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et