Azərbaycanın Aİ95 benzini istehal etməsi daxili bazarda qiymətlərə necə təsir edəcək? | Banco.az

Azərbaycanın Aİ95 benzini istehal etməsi daxili bazarda qiymətlərə necə təsir edəcək?

Prezident İlham Əliyevin ötən gün dediyi sözlərə əsasən, iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” adlı benzin istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri də təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək.

Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycan dövləti uzun müddətdir ki, yanacaq istehsalı ilə bağlı başqa dövlətlərdən asılı qalmamaq üçün çalışır: “Hazırda premium markalı benzini xarici ölkələrdən alırıq. Ona görə “92” markalı benzin 90 qəpiyə olduğu halda premiumun qiyməti 1.20 AZN təşkil edir. Neftin qiyməti və xaricdən aldığımız premium benzinin qiyməti aşağı düşdüyünə görə ucuzlaşma baş verirdi”.

E.Muradlının fikrincə, bu addımla Azərbaycan başqa ölkələrin asılılığından getdikcə azad olur: “Cənab prezidentin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi inkişafında əsas prioritet başqa ölkələrdən asılılığın azaldılmasıdır. Bu həm də yanacaq sektoru ilə bağlıdır. Neft ölkəsində yaşayırıqsa, xammalımız varsa, özümüzün də premium və daha yaxşı benzin növlərini hazırlamaq imkanımız olmalıdır. Niyə görə yanacağımızı ucuz qiymətə başqa ölkələrə satmalıyıq ki onlar onu keyfiyyətli benzin adı ilə bahalı qiymətə versin? Bu halda təbii ki uduzan Azərbaycandır”.

“O baxımdan düşünürəm ki, bu cür zavodun tikilməsi gələcək üçün Azərbaycanda yanacağın qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Eyni zamanda, ətraf mühütün qorunması da ölkə rəhbərinin əsas hədəflərindən biridir. Yanacağın keyfiyyəti artdıqca avtomobillərin ixrac etdiyi zəhərli qazın miqdarı azalır. Bu da müsbət dəyişiklikdir və yaxın gələcəkdə həyatımızın bir parçasına çeviriləcək”, – deyə ekspet qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et