Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə 4 milyard 517 milyon 421 min dollarlıq məhsul ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 942 milyon 704 min ABŞ dolları (46,6%) azdır.  

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Aİ ölkələrindən idxal isə 787 milyon 600 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2023-cü ilin ilk 4 ayına nisbətdə 227 milyon 687 min dollar və ya 22,4% azdır. 

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 8,5 milyard ABŞ dolları, idxalının dəyəri isə 1 milyard ABŞ dollarına bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram