Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Rusiyaya 10 milyon 192 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,3% (695 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 9 milyon 497 min dollara bərabər olub.
İlk 3 ayda Azərbaycandan Rusiyaya fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 9,8% təşkil edib.
Qeyd edək ki, eyni dövrdə Rusiyadan Azərbaycana köçürülən pul baratlarının həcmi isə illik müqayisədə 25 milyon 150 min dollar və ya 29,4% artaraq 110 milyon 801 min dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
