Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan ABŞ-yə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi artıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 9 ayda fiziki şəxslər tərəfindən ABŞ-yə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 165 min dollar və ya 10,2% daha çox pul köçürülüb.
Bununla da ABŞ-yə köçürmələrin ümumi həcmi 44 milyon 991 min dollara çatıb. 2023-cü ilin ilk 9 ayında bu göstərici 40 milyon 826 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (28,9% payla) Türkiyə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!