Bu ilin aprelin 1-nə qeyri-rezidentlərin Azərbaycandakı kommersiya banklarında olan əmanətlərinin həcmi 457 mln. manat təşkil edib.
Bu kateqoriyadan olan şəxslərin əmanətlərinin həcmində martın 1-i ilə müqayisədə 164,3 mln. manat və ya 26,5% azalma qeydə alınıb.
Əmanətlərin 111,8 mln. manatı və ya 24,5%-i milli valyutada, 345,1 mln. manatı və ya 75,5%-i xarici valyutada yerləşdirilib.
Qeyd edək ki, qeyri-rezidentlərin fiziki şəxslərin kommersiya banklarındakı cəmi əmanətlərində xüsusi çəkisi aylıq ifadədə 1,7 faiz bəndi azalaraq aprelin 1-nə 5,5% təşkil edib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!