Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 13 dəfəyədək artıb | Banco.az

Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 13 dəfəyədək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı kredit ittifaqları ötən ili 0,25 milyon manat xalis zərərlə başa vurub. Bu isə illik müqayisədə 12,5 dəfə çoxdur.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2022-ci ili də zərərlə (0,02 milyon manat) başa vurmuşdu.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 13 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 milyon manat və ya 3% azdır.

Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 0,3 milyon manat və ya 8% azalaraq 3,5 milyon manata, balans kapitalı isə 0,1 milyon manat və ya 1,1% azalaraq 9,5 milyon manata enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram