Azərbaycanda yeni vergi mexanizmi bütün əmanətçilərə toxunacaq | Banco.az

Azərbaycanda yeni vergi mexanizmi bütün əmanətçilərə toxunacaq

Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların filiallarında olan əmanətlər üzrə dividendlərin vergiyə cəlb edilməsi 2015-ci ildən etibarən fiziki şəxslərlə bağlanmış bütün depozit müqavilələri üzrə tətbiq olunacaq. Bu barədə cümə günü vergi qanunvericiliyində edilmiş dəyişiklikləri müzakirə etmək üçün Vergilər Nazirliyində görüş keçirmiş bank dairələrində bildiriblər.
Azərbaycanın Vergi məcəlləsinə düzəlişlərə əsasən, bir bankda əmanət üzrə alınan faiz gəlirlərinin ildə 500 manata qədər bir hissəsi gəlir vergisindən azad edilib. 

Azərbaycanda banklarda və digər kredit təşkilatlarında əhalinin əmanətləri üzrə vətəndaşın əldə etdiyi gəlirlər üzrə gəlir vergisinin tutulmasına qoyulan və 1999-ci ildən fəaliyyət göstərən moratorium 2014-ci ilin sonunda bitib.

Güzəştlərin qismən ləğvi bankirləri qəflətən yaxaladı. Çünki dividendlərin yeni hesablama mexanizminin tətbiqi böyük iş tələb edəcək, həmçinin proqram təminatının dəyişdirilməsi də lazım olacaq. Bununla əlaqədar bankirlər yeni qanunun (dividendlərin vergi ilə bağlı) tətbiqinə başlamaq üçün təxminən iki-üç ay vaxt istəyiblər.

Ən vacib məqam odur ki, yeni vergitutma mexanizmi tək 2015-ci ildən bağlanan depozit müqavilələrinə yox, artıq fəaliyyət göstərən müqavilələrə də həmçinin şamil olunacaq. Nəzərə alsaq ki, vergi güzəştlərinin fəaliyyəti 2014-ci ilin sonunadək idi, ötən ilin yekunlarına görə alınmış əmanətlər üzrə gəlirlər vergidən tam azad olunurlar. Müvafiq olaraq, cari ildən bütün depozit müqavilələri üzrə hesablanan dividendlər üzrə vergi əmanətçilər tərəfindən yeni qaydaya əsasən ödəniləcək. Bu zaman istisna deyil ki, bank əmanətlər üzrə gəlirlərdən tutulan verginin ödənilməsində agent qismində çıxış edəcəkdir ki, beləliklə vətəndaşların vergi ödəyicisinin eyniləşdirmə nömrəsi almasına ehtiyac qalmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Görüşdə yeni qanunun tətbiqi zamanı yarana biləcək problemlər barədə danışılmışdır. Problemlər sırasında bankların uzunmüddətli müqavilələr (beş il və s.) bağladığı əmanətçilərlə bağlı məsələyə də toxunulub, və müddətinin bitməsi ilə əlaqədar bu il müqavilənin şərtlərinə uyğun olaraq dividendlər tam ödəniləcək. Bundan başqa, əmanətlər üzrə dividendlərin hər ay və ya hər gün vəsaitlərin virtual birləşməsi və müqavilənin fəaliyyəti dövrünün yekunlarına uyğun olaraq müştəri depozit hesabına köçürülməsi və ya gəlirlərinin vaxtından əvvəl götürülməsi yolu ilə hesablanan müxtəlif əmanətləri var. Vergiqoymanın bu və digər növ əmanətlərlə necə həyata keçiriləcəyi və ümumilikdə hansı gəlirlərə güzəştlər şamil olunacağı hələ də sual altında qalır.

Banklar bütün məsələlər üzrə aydınlıq gətirməkdən ötrü öz təkliflərini hazırlayıb gələn həftə vergi orqanlarına təqdim etməlidirlər. Beləliklə, əgər vətəndaşın bir bankda beş min manata qədər əmanəti varsa, o, (əmanətlər üzrə orta faiz dərəcəsini nəzərə alaraq ona qədər faiz səviyyəsində) ildə 500 manata qədər faiz gəlirləri alacaq, və müvafiq olaraq vergidən azad olunacaq. Lakin əgər əmanətin məbləği beş min manatdan artıqdırsa, vergidən azad edilməsi üçün vətəndaş əmanətlər üzrə öz vəsaitlərini bir neçə bank arasında bölüşdürməlidir.

Güzəştlərin verilməsi mexanizmi belə olan halda Azərbaycanın dövlət büdcəsinə ildə əlavə təxminən beş-altı milyon manat daxil olması gözlənilir. 2014-cu ilin yanvar-noyabr aylarında əhalinin banklardakı əmanətləri üzrə dividendləri 450 milyon manat təşkil edib. Azərbaycanda min nəfərə 473 əmanətçi düşür. Adambaşına düşən əmanətin məbləği 745 manatdır, fiziki şəxslərin bank hesablarının sayı isə 6,4 milyona çatıb.

Ən sərfəli krediti almaq üçün müraciət et