Bu ilin yanvar-aprel aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 112,2 milyon manatlıq əməliyyat aparıblar.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,6% azdır.
Təkcə apreldə isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 28,3 milyon manat təşkil edib. Bu da illik müqayisədə 43,65% azdır.
report
Bizi sosial şəbəkələrdən izləyin!!