Azərbaycanda verilən kreditlərin 76%-dən çoxu Bakının payına düşüb | Banco.az

Azərbaycanda verilən kreditlərin 76%-dən çoxu Bakının payına düşüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin dekabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 27 mlrd. 368 mln. manat təşkil edib. Bunun da 76.6%-i və ya 20 mlrd. 976 mln. manatı Bakı şəhərinin payına düşüb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 19.9% və ya 3 mlrd. 477 mln. manat artıb.

Qeyd edək ki, 2023-ci ilin dekabr ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 17 mlrd. 499 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram