Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı bankların verdiyi avtomobil kreditlərinin sayı əhəmiyyətli dərəcədə azalıb.
“APA-Economics” 22 bankın təqdim etdiyi hesabata əsasən hesabat dövrü üzrə avtokreditlərin həcminə görə müvafiq renkinq tərtib edib.
Renkinqin təhlili zamanı məlum olub ki, bu ilin 6 ayında 12 bankda avtokreditlərin həcmi kəskin azalıb, 7 bankda isə kəskin artın müşahidə olunur.
Təqdim olunan məlumatlara əsasən, 2013-cü ilin II rübü ilə müqayisədə hesabat dövrü ərzində avtokreditlərin faiz üzrə ən çox azalması “Günaybank”da müşahidə olunub. Belə ki, 1 il ərzində bu bankın verdiyi avtokreditlərdə 96,07%-lik azalma olub. Başqa sözlə, 2013-cü ilin II rübündə bu bank 80,23 min manatlıq avtokredit veribsə, bu ilin eyni dövründə cəmi 3,15 min manatlıq avtokredit verib.
“Dəmirbank”da son 1 ildə avtokreditlər üzrə 8 mln. 369 min manatlıq azalma var. Yəni, 2013-cü ilin II rübündə “Dəmirbank” 17 mln. 546 min manatlıq avtokredit veribsə, bu ilin müvafiq dövründə bu göstərici 9 mln. 177 min manata qədər azalıb. Hesabat dövründə “Bank Standard”ın verdiyi avtokreditlərdə 5 mln. 522 min, “Exspressbank”da 2 mln. 836 min, “Atrabankda” isə 1 mln. 823 min manatlıq azalma olub.
Banklar
|
2014-cü ilin II rübündə
|
2013-cü ilin II rübündə
|
|
1 |
Dəmirbank |
9,177.18 |
17, 546.47 |
2 |
Bank Standard |
37,317.27 |
42,839.53 |
3 |
Exspressbank |
6,231.27 |
9,068.00 |
4 |
Atrabank |
3,988.52 |
5,812.39 |
Bunların əksinə olaraq, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə “Rabitəbank”ın verdiyi avtokreditlər 3,7 dəfə artıb. Bu dövrdə “Azər-Türk Bank”da da 100%-lik artım olub. “Bank Technique”də avtokreditləri artan banklardandır. Bu bankda 2014-cü ilin iyulun 1-nə avtokreditlər 2013-cü ilin eyni dövrünə nisbətən 90% artıb.
Banklar
|
Avtokreditlər (mln. AZN) |
2013-cü ilin II rübünə nisbətən (%)
|
|
1 |
RabitəBank |
4,874.2 |
274,02 |
2 |
Azər-Türk Bank |
2,913.19 |
100,76 |
3 |
Bank Technique |
11,927.42 |
90,03 |
2013-cü ilin 6 ayı ilə müqayisədə bu ilin yanvar-iyun aylarında avtokreditlərin məbləğinə görə ən çox artım “Bank VTB (Azərbaycan)”ın payına düşüb. Belə ki, bu bank üzrə hesabat dövründə avtokreditlərdə 19 mln. 678 min manatlıq artım qeydə alınıb. Bundan başqa, “Bank Nikoil”də bu artım 10 mln. 322 min manat, “Bank Technique”də isə 5 mln. 650 min manat təşkil edib.
Banklar
|
2014-cü ilin II rübündə
|
2013-cü ilin II rübündə
|
|
1 |
Bank VTB (Azərbaycan) |
67,247.66 |
47,569.36 |
2 |
Bank Nikoil |
73,233.61 |
62,911.04 |
3 |
Bank Technique |
11,927.42 |
6,276.48 |
Ümumiyyətlə, bu dövr ərzində 22 bank üzrə ən çox avtokredit verən “Bank Nikoil” olub -73 mln. 233 min manat. İkinci yerdə isə “Bank VTB (Azərbaycan)” qərarlaşıb - 67 mln. 248 min manat.
Banklar
|
Avtokreditlərin həcmi (mln. AZN)
|
|
1 |
Bank Nikoil |
73,233.61 |
2 |
Bank VTB (Azərbaycan) |
67,247.66 |
3 |
Bank Standard |
37,317.27 |
4 |
Bank BTB |
20,307.10 |
5 |
YapıKredi Bank Azərbaycan |
18,593.78 |
6 |
AGBank |
13,091.44 |
7 |
Bank Technique |
11,927.42 |
8 |
Dəmirbank |
9,177.18 |
9 |
Exspressbank |
6,231.27 |
10 |
RabitəBank |
4,874.2 |
11 |
TuranBank |
4,289.85 |
12 |
Atrabank |
3,988.52 |
13 |
Azər-Türk Bank |
2,913.19 |
14 |
AccessBank |
2,322.36 |
15 |
AFB Bank |
2,088.16 |
16 |
Parabank |
1,813 |
17 |
DekaBank |
1,191.94 |
18 |
Kredobank |
0,220.45 |
19 |
Qafqaz İnkişaf Bankı |
0,86.1 |
20 |
Azərbaycan Kredit Bankı |
0,47.75 |
21 |
Günay Bank |
0,3.15 |
22 |
Gəncəbank |
0
|