Azərbaycanda vergi ödəyicilərinin sayı 3%-dən çox artıb | Banco.az

Azərbaycanda vergi ödəyicilərinin sayı 3%-dən çox artıb

Bu il iyul ayının 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2 faiz artaraq 887.129 təşkil edib.

Bu barədə Dövlət Vergi Xidməti xəbər verir.

    Hesabat dövrünə, aktiv ƏDV ödəyicilərinin sayı 5,1 faiz artaraq 61.368, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4 faiz artaraq 242.208 olub.