Azərbaycanda vahid inkasassiya mərkəzinin yaradılması müzakirə edilir | Banco.az

Azərbaycanda vahid inkasassiya mərkəzinin yaradılması müzakirə edilir

Azərbaycanda vahid inkasassiya mərkəzi yaradıla bilər.

Bu barədə "Azərbaycan Banklar Asossiyasiyası" (ABA) xəbər verib.

Məlumata görə, fevralın 8-də vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun iclası baş tutub. İclasda bu sahədə Türkiyə Respublikasında fəaliyyət göstərən “Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri” A.Ş. şirkətinin nümayəndələri və İşçi Qrupda təmsil olunan bir neçə bankların nağd pul vəsaitlərinin daşınması sahəsində rəhbər məsul şəxsləri iştirak edib. Görüş zamanı vahid inkasassiya mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparılmış, Bantaş şirkəti tərəfindən təqdimat edilmiş, bankların rəy və təklifləri dinlənilib.

    Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

    Ən sərfəli kredit üçün müraciət et

    apa

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram