Azərbaycanda tikilib istifadəyə verilmiş mənzillərin sayı 44% artıb | Banco.az

Azərbaycanda tikilib istifadəyə verilmiş mənzillərin sayı 44% artıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi sahəsi 891 min 689 kvadrat metr olan 8130 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, illik müqayisədə tikilən evlərin sayı 44.3% artıb. Belə ki, 2022-ci ilin ilk 6 ayında ümumi sahəsi 786 min 401 kvadrat metr olan 5636 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Qeyd edək ki, bu mənzillərin 4592 ədədi əhali tərəfindən, 1874 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 1664 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.

Əlavə edək ki, hesabat dövründə 1536 şagirdlik 1 ümumi təhsil müəssisəsi, 19 çarpayılıq 1 xəstəxana və 240 yerlik 1 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram