Azərbaycanda sığortaçılar üçün təşkil olunan beynəlxalq səviyyəli təlimlər davam etdirilir | Banco.az

Azərbaycanda sığortaçılar üçün təşkil olunan beynəlxalq səviyyəli təlimlər davam etdirilir

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı, Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) iştirakı ilə Türkiyənin təcrübəli sığorta təlimçilərinin Azərbaycanda həyata keçirilən genişmiqyaslı təlim proqramı davam edir.

ASA-dan verilən məlumata görə, təməl bilgiləri və əsas praktiki tətbiqləri əhatə etməklə sektor üzrə anderayterlər və təkrarsığortaçılar üçün təlimlərə start verilib. Sığortaçıların maliyyə dayanıqlılığının təmin edilməsində əhəmiyyətli rolu olan bu təlimlər beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankının önəmli layihələrindən biri olan risk əsaslı tənzimləmə və nəzarətə keçid addımlarının atılmasında anderayter və təkrarsığortaçıların bilik və bacarığının artırılması, eyni zamanda, beynəlxalq təcrübəyə uyğunlaşdırılması bu təlimlərin önəm və mahiyyətini təsdiq edən başlıca faktorlardandır. Növbəti ildə menecment, sığorta satışları, aktuar hesablamalar və digər bu kimi vacib istiqamətlər üzrə də təlimlərin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, ASA və TSEV – Türk Sığorta İnstitutu Vəqfi arasında əldə olunmuş razılığa əsasən, reallaşdırılan bu layihələrin əsas məqsədi sığorta sektorunda kadr potensialının inkişaf etdirilməsi, peşəkar kadrların sayının artırılması və bütün bu faktorların uğurlu nəticəsi olaraq ölkədə sığorta sektorunun dayanıqlı inkişafının təmin olunmasına, nəticədə sığorta xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına töhfə verməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ödənişli əsaslarla təşkil edilən bu təlim layihəsini müvəffəqiyyətlə bitirən iştirakçıya beynəlxalq dərəcəli sertifikatların təqdim edilməsi nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et