Azərbaycanda Sığorta Tədris Mərkəzi fəaliyyətə başlayıb | Banco.az

Azərbaycanda Sığorta Tədris Mərkəzi fəaliyyətə başlayıb

Banco.az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nəzdində ölkədə ilk dəfə olaraq Sığorta Tədris Mərkəzi (STM) fəaliyyətə başlayıb.

Tədris Mərkəzində sığorta sektorunda çalışan əməkdaşlar və digər şəxslər üçün sığorta mövzusunda müxtəlif tədris proqramları, təlimlər, kurslar və treninqlər təşkil ediləcək.

STM-də təşkil ediləcək ilk tədris proqramı bir qədər əvvəl, 15 oktyabr 2015-ci il tarixində təqdimatı keçirilmiş sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) Proqramıdır.

“PSS” Proqramı Azərbaycan Sığortaçılar Assosiasiyası Tədris Mərkəzinin nəzdində təşkil olunacaq və 3 moduldan ibarət olacaq. ARPA tərəfindən təşkil olunan imtahanlarda uğur qazanan sığortaçılara “PSS” proqramı üzrə sertifikat təqdim olunacaq. Sertifikatların Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tanınması nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “PSS” proqramında dərs vəsaiti kimi, dünyada sığorta sahəsi üzrə ixtisaslaşmış Böyük Britaniyanın “Chartered Insurance Institute”-un (CII) lisenziyası əsasında Azərbaycan dilinə tərcümə olunan Devid Blandın “Sığorta: prinsiplər və təcrübə” kitabı istifadə olunacaq.

Proqramın 1-ci modulu 1 ay davam edəcək və 12 dərsdən ibarət olmaqla, ümumi sığorta prinsiplərinə aid olacaq. Dərslər həftədə 3 dəfə olmaqla (həftənin 1, 3 və 5-ci günləri), saat 09:30-dan 11:30-a dək davam edəcək.

Tədris planına uyğun olaraq 1-ci modul üzrə dərslər 11 noyabr – 11 dekabr 2015-ci il tarixlərində keçiriləcək. Modulun tədrisi yekunlaşandan imtahan təşkil olunacaq. 1-ci modulun yekunları üzrə üzrə keçiriləcək imtahanda müvəffəqiyyət qazanlara bununla bağlı arayış veriləcək. Tədris proqramının 1 modulunda iştirak haqqı 280  manat təşkil edir.

Proqram üzrə təlimlər Azərbaycan Sığortaçılar Assosiasiyasının yerləşən ofisində (Bakı şəhəri, Babək prospekti, Ələddin Quliyev küç., məhəllə 1131, Babək Plaza) keçiriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et