Azərbaycanda sığorta ödənişlərinin 88%-i bu şirkətlərin payına düşür | Banco.az

Azərbaycanda sığorta ödənişlərinin 88%-i bu şirkətlərin payına düşür

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilmiş 339,866 milyon manat sığorta ödənişinin 299,213 milyon manatı və yaxud 88%-i 5 sığorta şirkətinin payına düşüb.

 Azərbaycan Mərkəzi Bankının məlumalarına əsasən, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (169,286 milyon manat) və “PAŞA Sığorta” (49,493 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 44,588 milyon manat), eləcə də "Atəşgah Həyat Sığorta" (21,861 milyon manat) və “Xalq Sığorta” (13,985 milyon manat)  ASC-lərdir.

8 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (29 min manat), “Xalq Həyat Sığorta” (88 min manat), “Naxçıvan Sığorta” (233 min manat) və “Bakı Sığorta” (579 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 929 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 39,724 milyon manat (11,7%) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et