Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar ayında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 236,2 kiloqramı qızılın, 375,8 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 88,5%, gümüş istehsalı isə 32,6% artıb.
Fevralın 1-nə olan vəziyyətə əsasən, ölkədə 207,4 kiloqram hazır qızıl, 625,9 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!