Azərbaycanda qeydiyyatdan keçən yeni şirkətlərin sayı 25% artıb | Banco.az

Azərbaycanda qeydiyyatdan keçən yeni şirkətlərin sayı 25% artıb

Bu ilin I rübündə Azərbaycanda 3 877 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 % çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, onlardan 85,4 %-i yerli investisiyalı, 13,1 %-i xarici investisiyalı qurumlardır.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 80,7 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) e-qeydiyyatının xüsusi çəkisi 93,6 % təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 509 yerli investisiyalı MMC (1 il əvvələ nisbətən 76 vahid çox) qeydiyyata alınıb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram