Azərbaycanda pul bazası bu il oktyabrın 1-nə 8 671,2 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 202,8 mln. manat və yaxud 2,4% çoxdur.
İlin əvvəlinə nisbətən pul bazası 810,7 mln. manat və yaxud 10,3%, son 1 ildə isə 1 860,9 mln. manat və yaxud 27,3% artıb.
Mənbə: Report.az